BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

Sumqayıt
şəhəri, Sahil küçəsində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin
hadisənin görüntülərini yayıb.
Crossmedia.az
xəbər verir ki, b u barədə BDYPİ müraciət edib. Müraciətə əsasən hadisəyə
araşdırmalardan sonra hüquqi qiymət veriləcəyi bildirilib.
Eyni
zamanda, sürücülərə müraciət edilərək qeyd olunub ki, sürət həddinə, manevretmə
qaydalarına əməl etmək hər kəsin vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən
bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hamıya məlumdur. “Təəssüf
ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu
kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq. Əfsus ki,
kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata
qaytarmaq mümkün olmayacaq. Unutmayın ki, tutduğunuz sükan həm də sizin və həyatını
sizə etibar edənlərin taleyini idarə edir. Özümüzün və başqalarının həyatına
biganə qalmayaq”, - deyə müraciətdə vurğulanıb.
11:35 30.07.2025
Oxunuş sayı: 1135