DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Ötən
gün ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin
açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumata
yayıb. Məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 39
nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə
əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər
saxlanılıb.
Həmçinin
dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa, ailə üzvlərini
məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi
axtarışı aparılan 6 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
10:45 30.07.2025
Oxunuş sayı: 1002