Suraxanı rayon prokurorluğunun məlumatı

Qəsdən
adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.
Crossmedia.az
xəbər verir ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi
ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin
araşdırmalarla 1996-cı il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək
Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla
bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs
qismində tutulub.
11:45 28.07.2025
Oxunuş sayı: 913