Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib, 20 kiloqram narkotik vasitə aşkarlanıb

Lerik
Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və
satışına qarşı əməliyyat keçiriblər.
Crossmedia.az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
bildirilib. Tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov
saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli
metadon həbi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.
11:08 28.07.2025
Oxunuş sayı: 1042