Lerikdə yanğına səbəb olan şəxslər saxlanıldı

İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Crossmedia.az-a verilən məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.
Bildirilir ki, azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.
Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.
M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.
20:08 24.07.2025
Oxunuş sayı: 969