Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb

Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
Crossmedia.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
“İyulun 22-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda qeyd edilib.
17:22 24.07.2025
Oxunuş sayı: 1047