Bakıda altı ay ərzində dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manata yaxın ziyan vurulub Hadisə

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9 milyon 934 min 994 manat 14 qəpik məbləğində ziyan olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.
Qeyd olunub ki, həmin maddi ziyanın 5 milyon 279 min 487 manat ,65 qəpiyi və ya 53,1 %-nin ödənilməsi təmin edilib.
16:26 17.07.2025
Oxunuş sayı: 832