Yardımlı rayonuna yeni prokuror təyin edilib

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.
Crossmedia.az xəbər verir ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Fəxri Məmmədov əvvəllər Gəncə şəhər prokurorunun köməkçisi, Abşeron rayon prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi vəzifələrində işləyib.
15:50 25.06.2025
Oxunuş sayı: 708