Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

Mayın 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Crossmedia.az Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, sədr ARVK sıralarında 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərdiyini bildirib. Bu rəqəmlər Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.
Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.
Həmçinin görüş zamanı sədr ARVK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən bəhs edib.
Sonda vəkil köməkçilərinin sualları cavablandırılıb, onlara vəsiqələr təqdim olunub.
11:15 24.05.2025
Oxunuş sayı: 521