AZPROMO “Made in Azerbaijan” tədris planı əsasında növbəti modulu icra edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ADA Universitetinin Biznes Məktəbi ilə İtaliyanın Luiss Universiteti arasında “Qlobal İdarəetmə və Siyasət” (GMAP) ixtisası üzrə ikili diplom magistr proqramının "Made in Azerbaijan" tədris planı çərçivəsində “Əqli mülkiyyətin idarə edilməsi. “Made in”in idarə edilməsi” (“IP management. “Made in’ management”) modulunu icra edib.
Crossmedia.az bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Tədris əqli mülkiyyət hüquqlarının qorunmasının əhəmiyyətini, yerli əmtəələrin və xidmətlərin qlobal səviyyədə tanınması məqsədilə onlara dair əmtəə nişanlarının dövlət qeydiyyatı və onun aparılması qaydalarını, eləcə də AZPROMO-nun fəaliyyəti, Agentliyə məxsus əmtəə nişanları və “Made in Azerbaijan” brendinin təşviqi üzrə tətbiq edilən mexanizmləri, o cümlədən ixracatçıların “Uğur hekayələri”ni əhatə edib.
18:27 08.05.2025
Oxunuş sayı: 819