Teymur Həsənov: "Bakı-Daşkənd reysləri iki ölkə arasında nəqliyyat əlaqələrini genişləndirəcək"

Özbəkistanın “Centrum Air” aviaşirkətinin Bakı-Daşkənd reysləri iki ölkə arasında nəqliyyat əlaqələrini genişləndirəcək.
Crossmedia.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov jurnalistlərə açıqlamasında deyib.
T. Həsənov “Centrum Air” aviaşirkətinin Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara başlamasını müsbət qiymətləndirib:
“Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air” reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”, - deyə T. Həsənov bildirib.
Qeyd edək ki, “Centrum Air” bu gündən Bakı–Daşkənd marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. Uçuşlar hər həftənin bazar ertəsi "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək.
18:50 05.05.2025
Oxunuş sayı: 834