Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara start verib

Bu gündən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.
Crossmedia.az xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu "Airbus A320" təyyarələri ilə yerinə yetiriləcək.
Bildirilib ki, yeni uçuş cədvəlinə əsasən, Bakıdan Daşkəndə reys saat 19:20-də yola düşür və yerli vaxtla saat 22:50-də enir. Əks istiqamətdə - Daşkənddən Bakıya uçuş isə saat 16:15-də baş tutur və saat 18:20-də Bakıya çatır.
Qeyd olunub ki, Daşkənd Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biri olmaqla yanaşı, zəngin tarixi irsi və müasir infrastrukturu ilə seçilir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşaqlarından biri kimi beynəlxalq əlaqələrin genişləndirilməsinə töhfə verməyə davam edir
18:32 05.05.2025
Oxunuş sayı: 666