İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb



İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, imzalanma iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Carlsberg Group" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə baş tutub.
Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.
Görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub. "Carlsberg Group" şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub.
18:29 05.05.2025
Oxunuş sayı: 760