Ölkə ərazisində bir gündə 46 cinayət faktı qeydə alınıb

Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Crossmedia.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
10:22 26.04.2025
Oxunuş sayı: 1425