Ekspert: "Ukrayna müharibəni davam etdirmək əzmindədir"

Azərbaycan Prezidenti İlham Əliyev ADA-da çıxışında vurğulayıb ki, sözügedən atəşkəs çox etibarsız bir razılaşmadır. Azərbaycan atəşkəs rejimində 25 ildən çox yaşayıb, lakin bu, sülh demək olmayıb. Atəşkəs rejimi daim pozulub, kimsə də məsuliyyəti üzərinə götürməyib.
Bu sözləri Crossmedia.az-a müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib:
"Azərbaycan Prezidenti İlham Əliyev də ADA-da çıxışında vurğulamışdı ki, atəşkəs çox etibarsız bir razılaşmadır. Azərbaycan atəşkəs rejimində 25 ildən çox yaşayıb, lakin bu, sülh demək olmayıb. Atəşkəs rejimi daim pozulub, kimsə də məsuliyyəti üzərinə götürməyib. Bu nümunə göstərir ki, Rusiya da eyni səbəbdən sadə bir atəşkəs rejiminə razılaşmaq istəmir. Rusiya üçün yalnız onun şərtlərinin qəbul olunduğu bir sənəd – sülh razılaşması maraqlı ola bilər. Atəşkəs rejimi həm də Rusiyaya strateji baxımdan sərfəli deyil. Əgər belə bir sənəd olmasa, Ukrayna və onu dəstəkləyən qüvvələr – xüsusilə də Avropa İttifaqı (Aİ) ölkələri (Fransa, Almaniya, Böyük Britaniya, Pribaltika dövlətləri və s.) – bu fasilədən istifadə edərək Ukraynanı yenidən silahlandıra və onun hərbi sənaye müəssisələrini gücləndirə bilərlər. Bu isə gələcəkdə revanşist planların reallaşdırılmasına gətirib çıxara bilər. Bu səbəbdən Rusiya üçün atəşkəsə getmək nə hərbi baxımdan, nə də strateji baxımdan sərfəlidir. Digər tərəfdən isə Ukrayna hazırda uduzan tərəfdir. Hətta Ukrayna lideri Volodimir Zelenskinin prezidentliyinin legitimliyi də şübhə altına düşüb. Ukrayna daxilində belə bir ifadə yayılıb: “Sonuncu ukraynalıya qədər müharibə aparmağa hazırdırlar”. Bu isə göstərir ki, Ukrayna hələ də müharibəni davam etdirmək əzmindədir".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27652
Fatimə Məmmədova
16:23 23.04.2025
Oxunuş sayı: 825