Polis Nəsimi və Sabunçu rayonlarında narkotik vasitə aşkarladı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Crossmedia.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb. Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
13:25 07.04.2025
Oxunuş sayı: 685