Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Aprelin 5-də və 6-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Bu barədə Crossmedia.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
"Aprelin 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 576 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər",- məlumatda qeyd edilib.
10:55 07.04.2025
Oxunuş sayı: 673