Bu məhkəməyə yeni hakim təyin ediləcək

M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.
Crossmedia.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi məsələlərinə də baxılacaq.
10:42 07.04.2025
Oxunuş sayı: 1339