Ölkə ərazisində bir gündə 34 cinayət faktı qeydə alınıb

Martın 31-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
10:07 01.04.2025
Oxunuş sayı: 970