Azərbaycanda “Dağ xizəyi təlimçisi” layihəsi keçirilib

Azərbaycanda “Dağ xizəyi təlimçisi” layihəsi keçirilib.
Crossmedia.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahdağ Turizm Mərkəzində gerçəkləşən layihəyə 150 saat praktiki və nəzəri təlim, yamacda və sinifdə təlim vasitəsilə peşəkar inkişaf, seminar materialının hazırlanması, praktik və nəzəri imtahanlar daxil olub.
“Dağ xizəyi təlimçisi” layihəsinin təlimçiləri isə Sloveniyanın Koper Elm və Tədqiqat Mərkəzinin professoru və direktoru, Beynəlxalq Sertifikatlı Xizək Təlimçisi Dr. Rado Pişot, Beynəlxalq Xizək Təlimçiləri Assosiasiyası və Avropa Ümumi Təlim Testi beynəlxalq lisenziyalarına malik xizək təlimatçısı Ana Pişot olublar.
Qeyd edək ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının, Şahdağ Turizm Mərkəzinin və Azərbaycan İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsindəs təşkil olunan layihə 16-24 mart tarixlərini əhatə edib.
13:50 25.03.2025
Oxunuş sayı: 1127