Ölkə ərazisində bir gündə 42 cinayət faktı qeydə alınıb

Ölkə ərazisində bir gündə 42 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Crossmedia.az-a verilən məlumata görə, martın 24-də ölkə ərazisində 42 cinayət hadisəsi qeydə alınıb. Bundan əlavə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin üstü açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində:
Axtarışda olan 36 nəfər saxlanılıb. Onlardan 14-ü borclu şəxs qismində axtarışda olub.
Narkotiklərlə əlaqəli 8 fakt aşkarlanıb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 hadisə qeydə alınıb.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
10:00 25.03.2025
Oxunuş sayı: 820