DİN: Ötən gün polis əməkdaşları tərəfindən 31 cinayətin açılması təmin olunub

Martın 20-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə, ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
12:20 21.03.2025
Oxunuş sayı: 1227