Baş Prokurorluğun əməkdaşı BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının iclasında iştirak edib


Bu il mart ayının 10-14 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasının iclası keçirilib.
Crossmedia.az Baş Prokurorluğa istinadən məlumat verir ki, iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyeva təmsil edib.
Komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib və 6 yeni qətnamə qəbul edilib.
11:13 19.03.2025
Oxunuş sayı: 1096