Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan aprelin 28-dən mayın 1-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025" beynəlxalq turizm sərgisində iştirak edəcək.
Crossmedia.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlan ılıb.
"Ərəb Səyahət Bazarı" (ATM) son on illiklərdə səyahət və turizm sənayesi üçün aparıcı qlobal hadisəyə çevrilib. Sərgi qlobal səyahət və turizm vizionerlərini birləşdirir.
12:45 10.03.2025
Oxunuş sayı: 928