Xankəndi Şəhər Məhkəməsinin sədri Məhkəmə-Hüquq Şurasının üzvü seçilib

Hakimlərin I Konfransında Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.
Crossmedia.az xəbər verir ki, konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.
15:56 28.02.2025
Oxunuş sayı: 11649