Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Crossmedia.az Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
11:10 27.02.2025
Oxunuş sayı: 926