CROSSMEDIA - Ədliyyə Nazirliyi biznesdə maraqların toqquşması ilə bağlı sənəd hazırlayıb
Biznes,Hüquq-mühafizə orqanları

Ədliyyə Nazirliyi biznesdə maraqların toqquşması ilə bağlı sənəd hazırlayıb

Ədliyyə Nazirliyi etika və komplayns mexanizmləri ilə bağlı bəzi təşəbbüslər reallaşdırmağa başlayb.

Crossmedia.az xəbər verir ki, bunu nazirin müşaviri Elvin Hətəmzadə Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") 5-ci Etika və Uyğunluq Konfransında bildirib.

Onun sözlərinə görə, təşəbbüslər xüsusilə şəffaflıq və məsuliyyət məsələlərini əhatə edir.

"İlkin təhlillər aparılıb və ən qabaqçıl təcrübələri tətbiq edəcək böyük komanda formalaşdırmışıq. İstanbul antikorrupsiya çərçivəsinin tövsiyələrindən istifadə edərək maraqların toqquşması ilə bağlı sənəd hazırlamışıq, onu bütün maraqlı tərəflərə göndərmişik. Əvvəlki sənədlərdən fərqli olaraq burada maraqların toqquşmasının tərifini açıqlamışıq. Eyni zamanda həqiqi və potensial maraqların toqquşmasının qarşısını almaq üçün mexanizm təklif etmişik. Bu sənəd müvafiq ekspertlərə göndərilib, onların rəy və təklifləri alınıb. Ümid edirik ki, gələn ilə qədər bu sənədin ilkin layihəsini hökumətə tədim edəcəyik", - deyə nazirlik rəsmisi qeyd edib.

Bundan başqa, o qeyd edib ki, qeyri-hökumət təşkilatları (QHT) üçün etik qaydalarla bağlı sənədin layihəsi də müvafiq qurumlara göndərilib: "Bundan başqa, biz yoxlamaların yaxşılaşdırılması üçün tədbirlər həyata keçiririk. Bu proses davam edir. Ümid edirik ki, qısa zamanda yaxşı nəticələr əldə edəcəyik. Biz anlayırıq ki, etika və komplaynsla bağlı problemlər mövcuddur. Bu sahə davamlı adaptasiya, öyrənmə və təlim tələb edən sahədir", - deyə E.Hətəmzadə əlavə edib. 

10:25 25.02.2025

Oxunuş sayı: 896

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR