CROSSMEDIA - Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Fevralın 24-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Crossmedia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

10:00 25.02.2025

Oxunuş sayı: 915

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR