CROSSMEDIA - Azərbaycan və Tacikistan arasında əməkdaşlıq müzakirə olunub
Hüquq-mühafizə orqanları

Azərbaycan və Tacikistan arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.

Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Kəmaləddin Heydərov görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

O, Azərbaycan FHN-i ilə Tacikistanın aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Tacikistanın aidiyyəti qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.

İlxom Abduraxmon iki ölkə arasında münasibətlərin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini də qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

13:04 17.02.2025

Oxunuş sayı: 10560

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR