DİN: Fevralın 13-də ölkə ərazisində 68 cinayətin üstü açılıb

Fevralın 13-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin üstü açılıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb. Bundan əlavə, axtarışda olan ümumilikdə 123 şəxs, o cümlədən borclu şəxs qismində axtarılan 101 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 17 fakt müəyyən edilib. Hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə tədbirlərini davam etdirir.
10:10 14.02.2025
Oxunuş sayı: 24418