Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus
infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin
sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət
qoyulub.
Crossmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis
heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət
mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli
imkan yaradır.
Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla
yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri
zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.
09:40 08.02.2025
Oxunuş sayı: 24575