İşıqfor problemlərinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış işıqforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, idarənin aidiyyəti qurumları tərəfindən bu dəfə Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Cəlilabadda işıqfor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
12:19 05.02.2025
Oxunuş sayı: 347