CROSSMEDIA - Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Sosioloji

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Crossmedia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

10:34 04.02.2025

Oxunuş sayı: 1964

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR