Azərbaycandan xaricə turist axını artıb
2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 15,5 % artaraq 2158,9 min nəfər olub.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32 %, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 %, Gürcüstana gedənlərin sayı 11,5 %, Türkiyəyə gedənlərin sayı 8,5 % artıb.
Azərbaycan vətəndaşlarının 41 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,7 %-i İrana, 20,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,8 %-ini kişilər, 36,2 %-ini qadınlar təşkil edib.
2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.
12:22 21.01.2025
Oxunuş sayı: 451