Biznes

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Qida Təhlükəsizliyi Agentliyində yanvarın 23-ü saat 15:30-da çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək.

Bu barədə Crossmedia.az Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir.

Bildirilir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

14:30 16.01.2025

Oxunuş sayı: 3046

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR