Dənizə getmək istəyənlərə XƏBƏRDARLIQ
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb.
Crossmedia.az xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə olacaq küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.
10:07 15.08.2026
Oxunuş sayı: 55