Qanunsuz ağac kəsiminə görə 72 min manatlıq ziyan
Bakı, Sumqayıt və Abşeronda qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara ciddi ziyan dəyib. Araşdırmalar zamanı ümumilikdə 71 940 manat məbləğində zərər müəyyənləşdirilib. Faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi aşkarlanıb.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
17:33 14.08.2026
Oxunuş sayı: 41