Pakistan səfiri üçtərəfli müdafiə sazişini yüksək qiymətləndirdi
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan müdafiə sazişini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Qasım Mohiuddin sazişin üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Səfir sazişin regional təhlükəsizlik və ölkələr arasında strateji əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
10:16 14.08.2026
Oxunuş sayı: 46