Dərman alanlar, bunu bilməlisiniz - Apteklərdə...
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 79,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 23,8 % çoxdur.
Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.
11:24 13.08.2026
Oxunuş sayı: 53