Azərbaycan nefti üzrə YENİ RƏQƏMLƏR – hasilat azalıb
Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 453 min barel təşkil edib.
Crossmedia.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyun ayı ilə müqayisədə 4 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, iyulda faktiki hasilat 98 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 457 min barel olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
17:38 12.08.2026
Oxunuş sayı: 38