Pula sitayiş edənlər var- Sərt açıqlama
İnsan oğlu mövcud olduğu gündən bəri mənəvi dəyərlərlə maddi gerçəkliklər arasında incə bir ip üzərində yeriməyə çalışıb. Pul özlüyündə nə xeyirdir, nə də şər; o, sadəcə sahibinin iç dünyasını əks etdirən şəffaf bir güzgüdür. Kimisi üçün azadlıq qapısını açan bir açar, kimisi üçün isə fərqində olmadan içinə haps olunduğu qızıl qəfəs. Bəzən uşaqlıq travmalarımızın, bəzən gələcək qorxumuzun, bəzən də sadəcə doymayan nəfsimizin bir təzahürü kimi meydana çıxan bu maddi hərislik, zamanla insanın daxili aləmini formalaşdıran əsas amilə çevrilir.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama verib: “Bu, insanların xarakteri ilə bağlı məsələdir. Elə insanlar var ki, pula qarşı fövqəladə bir istəyi, marağı var və bu, hətta onda xəsislik xarakteri, xəsislik keyfiyyəti formalaşdıracaq səviyyədədir. Hətta bəzən ehtiyac yarandıqda belə xərcləmək istəmir. Eyni zamanda, bədii dildə desək, pula sitayiş edən insanlar da var.
Aydındır ki, pul bir vasitədir, alətdir və insan zərurət yarandıqda onu öz ehtiyaclarını qarşılamaq üçün istifadə etməyi bacarmalıdır ki, bu da onun faydalı istifadəsi olsun. İnsan zərurət yarandıqca ehtiyaclarını ödəmək üçün xərcləməyi də bacarmalıdır. Bu, onun özünə və başqalarına qarşı olan səxavət hissindən irəli gəlir.
Yəni bu, pulla rəftar etmək məsələsidir və sanki hələ uşaqlıqdan formalaşan bir tərbiyə formasıdır. Bəzi insanlar uşaq vaxtı çox ehtiyac içində yaşadığına, böyük ehtiyac duyduğuna görə böyüdükdə pula qarşı həddindən artıq həssaslıq göstərirlər. Pula fərqli yanaşmalar hər xalqda var. çox şeydir, amma hər şey deyil. Əgər hər şey olsaydı, ona Allah deyərdik. Əlbəttə ki, pul qlobal səviyyədə ən zəruri alətlərdən biridir. Ancaq təəssüf ki, bəzən insanlar bunu ehtiyaclarına xərcləmir və sonradan çox gec olur".
Turqut Ansari
17:00 27.07.2026
Oxunuş sayı: 61