Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək köç başlayacaq
Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan tikinti işləri yekunlaşmaq üzrədir və ilin sonunadək sakinlərin kəndə köçürülməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, kənddə yaşayış evləri və zəruri sosial infrastrukturun tikintisi başa çatmaq üzrədir. Hazırda son tamamlama işləri görülür.
Məlumata görə, layihənin tam yekunlaşmasından sonra Soltanlı kəndinə sakinlərin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulur.
09:01 25.07.2026
Oxunuş sayı: 54