Şəhid hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyev xatirəsi yad olunub
Şəhid hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevin şəhadətinin ildönümündə əziz xatirəsi yad olunub.
Crossmedia.az xəbər verir ki, təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 7-ci ildönümü ilə əlaqədar məzarı ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Əsgərov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid hərbi pilot polkovnik- leytenant Rəşad Atakişiyev sağlığında "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 95 illiyi (1918–2013)" yubiley medalı, "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə, ölümündən sonra isə "Şücaətə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
12:33 24.07.2026
Oxunuş sayı: 49