Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba 24-25, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.
18:32 18.07.2026
Oxunuş sayı: 60