Parlament üzvləri Şimali Kiprdə Sülh və Azadlıq Bayramı tədbirlərində iştirak edəcək
Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə Sülh və Azadlıq Bayramı tədbirlərində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, mMilli Məclisin Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Heydər Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.
Şimali Kipr Məclisinin sədri Ziya Öztürklerin dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar 19-21 iyulda keçiriləcək Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə Sülh və Azadlıq Bayramına həsr olunmuş tədbirlərdə və bir sıra görüşlərdə iştirak edəcəklər.
10:49 17.07.2026
Oxunuş sayı: 50