Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
İyulun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeoroligiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
19:24 16.07.2026
Oxunuş sayı: 45