Bu il Buenos-Ayresdə azərbaycanlı rəssamların sərgisi keçiriləcək
Bu il Argentinanın paytaxtı Buenos-Ayresdə "Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət" layihəsi çərçivəsində azərbaycanlı rəssamların sərgisi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Argentinanın "Diafanís" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, azərbaycanlı rəssamların Argentinaya səfəri gözlənilir: "Onlar öz əsərlərini Buenos-Ayresdə "Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət" layihəsi çərçivəsində təqdim edəcəklər".
R.Teymurov vurğulayıb ki, Azərbaycan səfirliyi Argentina ictimaiyyətində maraq doğura biləcək və Azərbaycan mədəniyyətinin tanıdılmasına kömək edəcək mədəni tədbirlərin təşkili üzərində daim işləyir.
Gələcək layihələr sırasında, həmçinin Azərbaycan ədəbiyyatına həsr olunmuş tədbirlər və müxtəlif mövzularda sənədli filmlərin nümayişi etdirilməsi də planlaşdırılır.
11:12 15.07.2026
Oxunuş sayı: 54