Neftin qiyməti yüksəlib
Dünya bazarında neftin qiymətində artım müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, həm "Brent", həm də WTI markalı neft bahalaşıb.
Məlumata görə, "Brent" markalı neftin fyuçersləri 1,50 dollar və ya 1,8 faiz artaraq bir barel üçün 84,80 dollara yüksəlib.
WTI markalı neftin qiyməti isə 1,70 dollar və ya 2,2 faiz bahalaşaraq bir barel üçün 79,84 dollara çatıb.
09:19 14.07.2026
Oxunuş sayı: 56