Kerem Bürsinin "Sea Breeze"də ulduzu açıldı
Türkiyənin tanınmış aktyoru Kerem Bürsinin şərəfinə "Sea Breeze"də yerləşən "Şöhrət xiyabanı"nda ulduzun açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sea Breeze" məlumat yayıb.
Mərasim zamanı Kerem Bürsinin adı "Şöhrət xiyabanı"na həkk olunub və aktyorun şərəfinə xüsusi ulduz təqdim edilib.
Qeyd edək ki, "Sea Breeze"də yerləşən "Şöhrət xiyabanı"nda müxtəlif ölkələrdən tanınmış incəsənət, idman və mədəniyyət xadimlərinin adları əbədiləşdirilir.
10:28 11.07.2026
Oxunuş sayı: 56