Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun vacibliyini qeyd ediblər
Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Crossmedia.az Azərbaycanın Düşənbədəki səfirliyinin məlumatına istinadən xəbər verir ki, bu məsələ Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fəyzəli İdizodanın Tacikistandakı diplomatik missiyasını başa vuran Azərbaycanın səfiri Əlimirzəmin Əsgərovla görüşündə müzakirə olunub.
"Tərəflər 94-dən çox sazişlə möhkəmləndirilmiş ikitərəfli əlaqələrin dinamik inkişafını qeyd edib və iki dost ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün davamlı parlamentlərarası dialoqun və yüksək səviyyəli mübadilələrin vacibliyini vurğulayıblar", - qeyd olunub.
15:20 10.07.2026
Oxunuş sayı: 41